Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Obameyanqın yeni klubu açıqlandı
 
						Obameyanqın yeni klubu açıqlandı
Əlavə olunub: 07.19.2025 | 21:35 | Baxılıb: 2647
Səudiyyə Ərəbistanının “Əl-Kadsiya” klubundan ayrılan Pyerr-Emerik Obameyanq Fransaya qayıdacaq.

“love.az” xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Qabonlu forvard “Marsel”lə anlaşıb. 36 yaşlı futbolçu Liqa 1 klubu ilə 2 illik müqavilə imzalayacaq.

Qeyd edək ki, Pyerr-Emerik Obameyanq ötən mövsüm “Əl-Kadsiya”nın heyətində 36 oyunda 21 qol vurub, 3 qol ötürməsi edib. O, 2023/2024 mövsümündə də “Marsel”də çıxış edib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.