Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Oleq Bakinski işində hökm oxundu
 
						Oleq Bakinski işində hökm oxundu
Əlavə olunub: 07.25.2025 | 17:53 | Baxılıb: 3479
Oleq Krapivin (Oleq Bakinski) və onunla birgə mühakimə olunan Kuçer Konstantin Antonoviçin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

“love.az"in məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

Oleq Bakinski xuliqanlıqda təqsirli bilinərək 6 ay sınaq müddəti seçilməklə 2 il 6 ay müddətinə şərti cəzalandırılıb. Kuçer Konstantinə isə ittiham olunduğu xüsusilə külli miqdarda dələduzluq maddəsi ilə bəraət verilib. Ona xuliqanlığa görə 2 il 6 ay həbs cəzası təyin edilib.

Qeyd edək ki, onlar Bakıdakı ofislərdən birində Zaxarenkov Valeriy Nikolayeviçə xəsarət yetirib. Bundan əlavə, Kuçer Konstantin “Avıazapçast” ASC və “Promyshlenye Postavkı Kazakhstan” MMC-yə qarşı dələduzluq əməllərində də ittiham olunub.

Oleq Bakinski bu yaxınlarda ev dustaqlığına buraxılmışdı.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.