
“love.az” xəbər verir ki, bu barədə “Morris County” Tibbi Ekspertiza İdarəsinin yaydığı hesabatda qeyd olunub.
Bildirilib ki, musiqiçi təsadüfi yıxılma nəticəsində aldığı kəllə-beyin travması səbəbindən dünyasını dəyişib. Hesabatda həmçinin sənətçinin üz sümüklərində sınıqlar və qançır izlərinin aşkarlandığı qeyd olunub.
Xatırladaq ki, Eys Freyli bu ilin oktyabrın 17-də vəfat edib.
Qeyd edək ki, “Kiss” qrupu 1973-cü ildə Pol Stenli, Jin Simmons, Eys Freyli və Piter Kriss tərəfindən Nyu-Yorkda yaradılıb. Səhnə makyajı və qeyri-adi geyimləri ilə fərqlənən qrup 90 milyondan çox albom satışı ilə 24 dəfə qızıl rekord əldə edib. Freyli 1982-ci ildə qrupdan ayrılsa da, 1996-cı ildə yenidən qayıdaraq 2002-ci ilə qədər qrupla çıxış edib.