“love.az” xəbər verir ki, bunu deputat Siyavuş Novruzov Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının daxili qoşunları haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.
“Dövlət çevrilişinə cəhdin fundamentini qoyan AXC-Müsavat cütlüyü 5 dəfə, Ümummilli Liderə qarşı 3 dəfə, 2 dəfə də Prezidentin fəaliyyəti dövründə dövlət çevrilişinə və ölkənin konstitusion quruluşunu dəyişməyə cəhd ediblər.
Daxili qoşunlar polislə birlikdə böyük qəhrəmanlıq göstərərək bunun qarşısını alıb. 100-ə qədər daxili qoşunların nümayəndələri xəsarət aldı. Onlar tək dövlət çevrilişinə cəhd deyil, həm də vətəndaşların mülkiyyətinə qəsd törədirdilər. Təklif edirəm ki, onların sosial təminatı qanunvericilikdə nəzərdə tutulsun”, - deyə deputat bildirib.
Nuranə Daxilqızı