Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 06.26.2025 | 01:14 | Baxılıb: 9466
ABŞ Prezidenti Donald Tramp CNN telekanalını ABŞ kəşfiyyatının İranın nüvə obyektlərinə endirilən zərbələri ilkin qiymətləndirməsi barədə süjet yazan müxbiri işdən çıxarmağa çağırıb.

“love.az” xəbər verir ki, bu barədə ABŞ lideri “Truth Social” sosial şəbəkə hesabında paylaşım edib:

“Nataşa Bertrand CNN-dən qovulmalıdır! Mən onu üç gün saxta xəbərlər verərkən izlədim. Onu dərhal danlamalı, sonra isə “it kimi” çölə atmaq lazımdır”.

Ağ Evin mətbuat katibi Kerolayn Livitti də jurnalisti tənqid edib. Amerikanın İrana endirdiyi zərbənin nəticələrini şərh edən Leavitt “Fox News”un canlı efirində deyib: “Heç bir başqa prezident belə uğuru xəyal edə bilməzdi. Məhz buna görə də yalançı media indi Trampı gözdən salmağa və onu ləkələməyə çalışır”.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.