Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 09.06.2025 | 09:20 | Baxılıb: 6607
Xəbər verdiyimiz kimi, ötən gün futbol üzrə Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsinin ilk oyununda səfərdə İslandiya yığması ilə qarşılaşıb və rəqibinə 0:5 hesabı ilə uduzub.

“love.az” xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında jurnalist Ceyhun Rzayevin millimizin baş məşqçisi Fernandu Santuşa ünvanladığı sual birmənalı qarşılanmayıb. 

O, məşqçiyə bu sualı verib: “Başa düşürəm ki, məğlub olduq. Başa düşürəm ki, siz istefa vermək istəmirsiniz. Həqiqətənmi sizə təzminat verib göndərməlidirlər? Siz ömrünüzün sonuna qədər işləməsəniz belə, qazandığınız pullar sizə kifayət etməlidir. Bəs, insanın özünə hörməti? Sizin özünüzə hörmətiniz yoxdur?” 

Portuqaliyalı mütəxəssis isə cavab olaraq bildirib ki, onun hələ müqavilə müddəti bitməyib. 

Jurnalistin bu sualı sosial şəbəkələrdə müzakirəyə səbəb olub. 

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.