Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Ozzi Osborn vəfat etdi - Fotolar
 
						Ozzi Osborn vəfat etdi 
							 - Fotolar
Əlavə olunub: 07.22.2025 | 23:03 | Baxılıb: 1714
Dünyaşöhrətli rok ifaçısı, “Black Sabbath” qrupunun solisti Ozzi Osborn 76 yaşında vəfat edib.

“love.az” xəbər verir ki, bu haqda sənətçinin ailəsi məlumat yayıb:

“Sevimlimiz Ozzinin bu səhər dünyasını dəyişdiyini kədərlə bildirməliyik”.

Qeyd edək ki, sənətçiyə 2019-cu ildə Parkinson xəstəliyi diaqnozu qoyulmuşdu. Özü iddia edirdi ki, xəstəliyə səbəb həkim məsuliyyətsizliyi olub. Belə ki, o baş-boyun əməliyyatı zamanı sinirlərinin zədələndiyini bildirmişdi.

Əlavə edək ki, mərhum sənətçi “Heavy Metal” janrının əfsanəvi simalarından biridir. “Crazy Train”, “Mr. Crowley”, “Mama, I'm Coming Home”, “Paranoid” kimi ifaları ona şöhrət qazandırıb.





Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.