Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Pakistan XİN Zelenskinin açıqlamasını təkzib etdi
 
						Pakistan XİN Zelenskinin açıqlamasını təkzib etdi
Əlavə olunub: 08.05.2025 | 10:05 | Baxılıb: 1589
Pakistan Xarici İşlər Nazirliyi Ukrayna Prezidenti Volodimir Zelenskinin Pakistan vətəndaşlarının bu ölkədəki münaqişədə iştirakı ilə bağlı açıqlamasını təkzib edib.

“love.az” xəbər verir ki, Pakistan XİN bu barədə bəyanat yayıb.

Nazirlik Kiyevin sözügedən məsələ ilə bağlı ittihamlarını əsassız adlandırıb: “Pakistan rəhbərliyi ölkə vətəndaşlarının Ukraynadakı münaqişədə iştirakı ilə bağlı əsassız ittihamları təkzib edir. Ukrayna bu günə qədər Pakistana rəsmi müraciət etməyib və bu açıqlamaları təsdiq edən hansısa sübut təqdim olunmayıb”.

Həmçinin qeyd olunub ki, Pakistan Ukraynadakı münaqişənin BMT Nizamnaməsinin prinsiplərinə uyğun olaraq dinc yolla nizamlanmasının tərəfdarıdır.

Qeyd edək ki, V.Zelenski Volçansk istiqamətində ukraynalı hərbçilərin döyüşlərdə Çin, Tacikistan, Özbəkistan, Pakistan və Afrika ölkələrindən muzdluların iştirakını qeydə aldığını deyib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.