Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Pakistanda humanitar yardım aparan helikopter qəzaya uğradı - Ölənlər var
 
						Pakistanda humanitar yardım aparan helikopter qəzaya uğradı 
							 - Ölənlər var
Əlavə olunub: 08.15.2025 | 20:24 | Baxılıb: 884
Pakistanda Hayber-Paxtunxva əyalət hökumətinə məxsus humanitar yardım daşıyan helikopter qəzaya uğrayıb. 

“love.az"in xarici KİV-ə istinadən xəbərinə görə, əyalət naziri Əli Əmin Qandapur qəza zamanı ikisi pilot olmaqla 5 nəfərin həlak olduğunu bildirib. 

Əyalət rəhbəri əlavə edib ki, bölgədə qəza ilə bağlı matəm elan olunub.

Vilayətin baş katibi Şahab Əli Şahın sözlərinə görə, “Mi-17” helikopteri pis hava şəraiti səbəbindən qəzaya uğrayıb.

Bildirilib ki, helikopter Bəcaurun yağışdan zərər çəkmiş bölgələri üçün humanitar yardım aparırmış.

İlkin məlumatlara görə, təyyarə Peşəvərdən Bəcaura qalxıb və Mohmand qəbilə dairəsi üzərində onunla əlaqə kəsilib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.