Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 09.19.2025 | 10:04 | Baxılıb: 793
Milli Məclisdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Dövlət Suverenliyi Gününə həsr olunan konfrans keçirilir.

“love.az” xəbər verir ki, konfransda Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev də iştirak edir.

Konfrans iştirakçıları arasında həmçinin MEDİA-nın rəhbəri Əhməd İsmayılov, millət vəkilləri və digərləri də var.

***

Konfransda çıxış edən vitse-spiker Ziyafət Əsgərov “Konstitusiya və Suverenlik İli”nin elan olunmasının böyük rəmzi mənası olduğunu açıqlayıb.

“Separatizmin tabutuna son mismar vuruldu. Bununla separatizmin kökü birdəfəlik kəsildi. Azərbaycanın bütün ərazisində suverenliyimiz bərpa olundu. Suverenlik hər bir dövlət, xalq və cəmiyyət üçün müqəddəs anlayışdır”, - sədr müavini bildirib.

***

Deputat Siyavuş Novruzov öz çıxışında sülh müqaviləsinin bir addımlığında olduğumuza diqqət çəkib:

“Bir problem buna mane olur. Vaxtilə Ermənistanda mürtəce addım atıb konstitusiyalarına ərazi iddiası ilə bağlı müddəa salmaları buna imkan vermir. Tələblərdən biri odur ki, bu aradan qaldırılmalıdır”.

Nuranə Daxilqızı

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.