Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Paşinyan Ərdoğanla telefonla danışdı
 
						Paşinyan Ərdoğanla telefonla danışdı
Əlavə olunub: 08.11.2025 | 17:35 | Baxılıb: 1160
Ermənistanın Baş naziri Nikol Paşinyanla Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı baş tutub.

“love.az” xəbər verir ki, bu barədə məlumatı Ermənistan hökumətinin Mətbuat xidməti yayıb.

Bildirilib ki, Paşinyan Türkiyə liderinə avqustun 8-də Vaşinqtonda baş tutan görüşün nəticələri barədə məlumat verib.

“Baş nazir qeyd edib ki, Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olması regional əməkdaşlığın yeni səviyyəsinə çıxmaq üçün imkanlar yaradır. Bununla yanaşı, söhbət zamanı iki ölkə arasında gündəlikdə olan məsələlər müzakirə edilib. Eyni zamanda, tərəflər aktiv siyasi dialoqu davam etdirmək barədə razılığa gəlib”, - deyə məlumatda qeyd olunub.

***

N.Paşinyan, həmçinin Fransa Prezidenti Emmanuel Makronla telefonla danışıb. Baş nazir Fransa liderini də Vaşinqtondakı danışıqların nəticələri barədə məlumatlandırıb. 

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.