Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 10.17.2025 | 11:48 | Baxılıb: 4705
Yasamal rayonunda ötən gün baş verən silahlı insidentlə bağlı iki nəfər saxlanılıb.

DİN-in Mətbuat xidmətindən “love.az”ya bildirilib ki, polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 36 yaşlı Elgün Cəbrayılov və 38 yaşlı Rüfət Həziyev saxlanılıb.

Həmin şəxslərdən 1 ədəd “Makarov” markalı tapança, 5 ədəd patron və narkotik vasitələr aşkar edilərək götürülüb.

Bildirilib ki, oktyabrın 16-sı Yasamal rayonu ərazisində güllələnən şəxslər əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunub. Onlar ayaq nahiyələrindən xəsarət alıb və həyatlarına təhlükə yoxdur.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.