Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Prezident əs-Sisini təbrik etdi
 
						Prezident əs-Sisini təbrik etdi
Əlavə olunub: 07.23.2025 | 11:08 | Baxılıb: 797
Prezident İlham Əliyev Misir Prezidenti Əbdülfəttah əs-Sisiyə təbrik məktubu ünvanlayıb.

“love.az” xəbər verir ki, məktubun mətnində deyilir:

Hörmətli cənab Prezident,

Misir Ərəb Respublikasının milli bayramı – İnqilab Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

Azərbaycan ilə Misir arasında əlaqələrin inkişaf dinamikası məmnunluq doğurur. Həyata keçirilən yüksəksəviyyəli qarşılıqlı səfərlər və müntəzəm təmaslar əməkdaşlığımızın yeni məzmunla zənginləşməsində əhəmiyyətli rol oynayır.

Bu gün müxtəlif sahələrdə münasibətlərimizin dərinləşdirilməsi üçün böyük potensial mövcuddur. İnanıram ki, xalqlarımızın rifahı naminə bu imkanlardan yararlanaraq ənənəvi dostluq əlaqələrimizin, səmərəli işbirliyimizin daha da genişlənməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Misir xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.