Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Prezident iraqlı həmkarına başsağlığı verdi
 
						Prezident iraqlı həmkarına başsağlığı verdi
Əlavə olunub: 07.18.2025 | 22:22 | Baxılıb: 759
Prezident İlham Əliyev İraq Prezidenti Əbdüllətif Camal Rəşidə başsağlığı məktubu ünvanlayıb.

“love.az” xəbər verir ki, məktubda deyilir:

“Hörmətli cənab Prezident,

Əl-Küt şəhərində yerləşən ticarət mərkəzində baş vermiş yanğın nəticəsində çox sayda insanın həlak olması xəbəri bizi olduqca sarsıtdı.

Bu faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İraq xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, xəsarət alanlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!”

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.