Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 10.27.2025 | 16:25 | Baxılıb: 9052
Azərbaycanın Yaponiyadakı fövqəladə və səlahiyyətli səfiri Gürsel Qüdrət oğlu İsmayılzadə vəzifəsindən geri çağırılıb.

“love.az” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Həmçinin Prezidentin digər sərəncamlarına əsasən, Məmməd Afiq oğlu Talıbov Azərbaycanın Meksika Birləşmiş Ştatlarında, eyni zamanda Honduras, Kolumbiya, Kosta Rika, Qvatemala, Panama və Peru Respublikalarındakı səfiri, Eldar Nadir oğlu Səlimov Azərbaycanın İordaniya Haşimilər Krallığındakı səfiri, Şahin Şakir oğlu Abdullayev Azərbaycanın Səudiyyə Ərəbistanı Krallığında, eyni zamanda Bəhreyn Krallığında fövqəladə və səlahiyyətli səfiri və Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.

Dövlət başçısının digər sərəncamları ilə Fərid Yunis oğlu Talıbov Azərbaycanın Yaponiyada, Seymur Həbib oğlu Fətəliyev Azərbaycanın Meksikada, həmçinin Eldar Nadir oğlu Səlimov Azərbaycanın İraqda, Şahin Şakir oğlu Abdullayev Azərbaycanın İordaniya Haşimilər Krallığında, Mütəllim Sabir oğlu Mirzəyev Azərbaycanın Səudiyyə Ərəbistanı Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Fotoda: Eldar Səlimov

Fotoda: Gürsel İsmayılzadə

Fotoda: Məmməd Talıbov

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.