Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Prezident təyyarə qəzasına görə Putinə başsağlığı verdi
 
						Prezident təyyarə qəzasına görə Putinə başsağlığı verdi
Əlavə olunub: 07.24.2025 | 18:25 | Baxılıb: 4448
Azərbaycan Prezidenti İlham Əliyev Rusiya dövlət başçısı Vladimir Putinə Amur vilayətində baş vermiş təyyarə qəzası ilə bağlı başsağlığı verib.

“love.az” xəbər verir ki, başsağlığında deyilir:

“Hörmətli Vladimir Vladimiroviç,

Amur vilayətində “An-24” sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni dərindən kədərləndirdi.

Bu faciə ilə əlaqədar şəxsən öz adımdan və Azərbaycan xalqı adından Sizə, həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm”.

Qeyd edək ki, bu gün Rusiyanın Amur bölgəsində içərisində 49 nəfərin olduğu “An-24” təyyarəsi qəzaya uğrayıb. Qəza nəticəsində 49 nəfərin hamısı həlak olub.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.