Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Prezidentdən beynəlxalq ikili diplom proqramları ilə bağlı - Sərəncam
 
						Prezidentdən beynəlxalq ikili diplom proqramları ilə bağlı 
							 - Sərəncam
Əlavə olunub: 07.22.2025 | 17:28 | Baxılıb: 3517
Ali təhsil sahəsində tətbiq edilən beynəlxalq ikili diplom proqramlarının sayı 8-ə çatdırılacaq.

“love.az” xəbər verir ki, bu, Prezident İlham Əliyevin Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında Sərəncamında əksini tapıb.

Sərəncama əsasən, ali təhsil sahəsində tətbiq edilən beynəlxalq ikili diplom proqramlarının sayı Azərbaycan Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na uyğun olaraq 8-ə çatdırılacaq və onların icrası 2030-cu ilədək təmin ediləcək.

Mövcud və yeni tətbiq ediləcək beynəlxalq ikili diplom proqramlarının maliyyələşdirilməsi, bu Sərəncam nəzərə alınmaqla, Azərbaycan Dövlət Neft Fondunun vəsaiti hesabına təmin ediləcək.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.