Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 06.23.2025 | 14:05 | Baxılıb: 1679
Rusiya Prezidenti Vladimir Putin Kremldə İranın xarici işlər naziri Abbas Araqçını qəbul edib.

“love.az” xəbər verir ki, bu barədə TASS Kremlin Mətbuat xidmətinə istinadən məlumat yayıb.

Görüşün iyunun 13-dən İsrailin İrana endirdiyi zərbələrdən sonra Yaxın Şərqdə vəziyyətin gərginləşməsi fonunda keçirildiyi bildirilib.

Qeyd edək ki, Rusiya Prezidenti ilə İranın xarici işlər naziri arasında sonuncu görüş aprelin 17-də baş tutmuşdu. Tərəflər digər məsələlərlə yanaşı, ikitərəfli münasibətlərin inkişafı, regional əməkdaşlıq və beynəlxalq arenada qarşılıqlı fəaliyyət məsələlərini müzakirə etmişdilər.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.