Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Putin Modi ilə danışdı
 
						Putin Modi ilə danışdı
Əlavə olunub: 08.08.2025 | 19:17 | Baxılıb: 1070
Rusiya Prezidenti Vladimir Putin Hindistanın Baş naziri Narendra Modi ilə telefon danışığı aparıb. 

“love.az” xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Putin Modi ilə avqustun 6-da Moskvada ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoffla söhbətin əsas nəticələrini bölüşüb.

Həmçinin liderlər iki ölkə arasında ticarət-iqtisadi və investisiya əməkdaşlığına dair fikir mübadiləsi aparıblar, ikitərəfli gündəlikdəki əsas məsələlər, o cümlədən ticarət-iqtisadi və investisiya əməkdaşlığı ətrafında da danışıblar. 

Qeyd edək ki, avqustun 6-da ABŞ Hindistanın Rusiyadan neft və neft məhsullarını alması ilə əlaqədar 25% əlavə rüsum tətbiq edib. Beləliklə, ABŞ-yə idxal olunan Hindistan mallarına rüsumlar 50%-ə qədər artırılıb. 

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.