Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 06.13.2025 | 21:25 | Baxılıb: 2969
Rusiya Prezidenti Vladimir Putin İran lideri Məsud Pezeşkianla telefon danışığı aparıb.

“love.az” xəbər verir ki, bu haqda Kremlin mətbuat xidməti məlumat yayıb.

Pezeşkianla söhbətində Putin Rusiyanın İranın nüvə proqramı ilə bağlı vəziyyətin sülh yolu ilə həllini dəstəklədiyini bildirib.

Rusiya prezidenti Moskvanın İsrail-İran münaqişəsində vasitəçilik xidmətləri göstərməyə hazır olduğunu qeyd edib.

***

İsrailin İrana qarşı hərbi əməliyyatı fonunda Rusiya Prezidenti Vladimir Putin İsrailin Baş naziri Benyamin Netanyahu ilə də telefon danışığı aparıb.

Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Telefon danışığı zamanı Putin bütün İsrail-İran ziddiyyətlərinin sülh yolu ilə həllinin və danışıqlar prosesinə qayıtmağın vacibliyinə işarə edib. 

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.