“love.az” xəbər verir ki, bu barədə CNN Ağ Evdəki mənbəyə istinadən məlumat yayıb.
Amerika liderinin köməkçilərinin dərhal Putin və Zelenski ilə görüşlər planlaşdırmağa başladığı iddia edilir. Telekanalın məlumatına görə, bu görüş bir-iki həftəyə baş tuta bilər.
“Prezidentin səfərini və iki dünya lideri ilə böyük görüşü planlaşdırmaq adətən vaxt tələb etsə də, rəsmilər qeyd ediblər ki, Tramp öz komandasını sürətlə hərəkətə keçməyə çağırır”, - məlumatda qeyd olunur.