“love.az” “İnterfaks”a istinadən xəbər verir ki, Putin bu barədə jurnalistlərə açıqlamasında deyib.
“Bizim bu cür tədbirlərin təşkilinə yardım etməyə hazır olan çox dostumuz var. Bu dostlardan biri də BƏƏ prezidentidir. Biz qərar verəcəyik, düşünürəm ki, BƏƏ kifayət qədər uyğun məkanlardan biri olardı”, - deyə Putin bildirib.
Xatırladaq ki, Rusiya prezidentinin köməkçisi Yuriy Uşakov Rusiya və ABŞ-nin iki ölkə prezidenti arasında yaxın günlərdə görüş keçirilməsi barədə razılığa gəldiyini açıqlayıb. Onun sözlərinə görə, liderlərin görüşünün keçiriləcəyi məkan da razılaşdırılıb, lakin bu barədə məlumat daha sonra veriləcək.