Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Putinin gözü səmada qaldı - Trampdan subliminal mesaj?..+Video
 
						Putinin gözü səmada qaldı 
							 - Trampdan subliminal mesaj?..+Video
Əlavə olunub: 08.16.2025 | 00:57 | Baxılıb: 5011
ABŞ lideri Donald Trampın Rusiya lideri Vladimir Putini Alyaskadakı Elmendorf-Riçardson hərbi bazasında qarşılaması zamanı maraqlı anlar yaşanıb.

“love.az"in məlumatına görə, liderlər qırmızı xalıda irəliləyən zaman havada “B-2 Spirit” bombardımançı uçuş edib.

Bunun aviaşou yoxsa, subliminal mesaj olduğu isə sual olaraq qalır.

Belə ki, Tramp daha öncə “Avqustun 15-də Alyaskada keçiriləcək ABŞ-Rusiya sammitində Ukrayna münaqişəsinin sülh yolu ilə nizamlanmasına dair razılıq əldə olunmasa, Rusiya ciddi nəticələrlə üzləşəcək” açıqlaması ilə Rusiyaya xəbərdarlıq etmişdi.

Qeyd edək ki, “B-2 Spirit” dünyanın ən məhvedici silahlarından biri sayılır. ”B-2” düşmənin Hava Hücumundan Müdafiə komplekslərindən yan keçə və 40 tona qədər bomba ilə 10 min kilometr məsafəni havada yanacaq doldurmadan qət edə bilir. ”Stels” texnologiyalı “B-2”ni qorxulu edən onun radarlara yaxalanmamasıdır.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.