Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 10.07.2025 | 17:20 | Baxılıb: 886
Ermənistanın Baş naziri Nikol Paşinyanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub.

“love.az” xəbər verir ki, bu barədə məlumatı Ermənistan Nazirlər Kabinetinin Mətbuat xidməti yayıb. 

Söhbət zamanı Paşinyan Putini ad günü münasibətilə təbrik edib.

Eyni zamanda, Ermənistanın Baş naziri iki ölkə arasında münasibətlərin gələcəkdə də inkişafının vacibliyini qeyd edib.

Xatırladaq ki, bu gün V.Putinin 73 yaşı tamam olur.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.