Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Putinlə Trampın görüş yeri razılaşdırılıb - Kreml
 
						Putinlə Trampın görüş yeri razılaşdırılıb 
							 - Kreml
Əlavə olunub: 08.07.2025 | 12:13 | Baxılıb: 5342
“Rusiya və ABŞ iki ölkə prezidenti Vladimir Putinlə Donald Tramp arasında yaxın günlərdə görüş keçirilməsi barədə razılığa gəlib”.

“love.az” TASS-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya prezidentinin köməkçisi Yuriy Uşakov deyib. 

Onun sözlərinə görə, hazırda görüşə hazırlıq başlayıb.

Uşakov, həmçinin qeyd edib ki, liderlərin görüşünün keçiriləcəyi məkan da razılaşdırılıb, lakin bu barədə məlumat daha sonra veriləcək.

Xatırladaq ki, bundan əvvəl “The New York Times” öz mənbələrinə istinadən D.Trampın rusiyalı həmkarı ilə gələn həftə görüşmək istədiyi barədə məlumat yaymışdı. 

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.