Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Qadın futbolunda transfer rekordu
 
						Qadın futbolunda transfer rekordu
Əlavə olunub: 07.18.2025 | 00:17 | Baxılıb: 1771
İngiltərənin “Arsenal” klubu “Liverpul”un kanadalı futbolçusu Oliviya Smiti 1 milyon funt-sterlinqə transfer edib. 

“love.az” xəbər verir ki, bununla da qadın futbolunda transfer rekordu qeydə alınıb.

20 yaşlı hücumçu ilə 4 illik müqavilə bağlanıb.

Peşəkar karyerasına 2023-cü ildə başlayan Oliviya ötən il “Sportinq”dən “Liverpul”a 200 min funt-sterlinqə keçmişdi. 

Əvvəlki rekord bu ilin yanvarında qeydə alınıb. Həmin vaxt “Çelsi” “San-Dieqo Veyv”dən amerikalı müdafiəçi Naomi Qirmanını 900 min funt-sterlinqə transfer edib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.