Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Qalmaqallı serialın ikinci sezonu ləğv edildi
 
						Qalmaqallı serialın ikinci sezonu ləğv edildi
Əlavə olunub: 07.21.2025 | 20:57 | Baxılıb: 6955
Türkiyənin adı qalmaqalllarda hallanan serialı “Şakir Paşa ailesi: Mucizeler ve skandallar”ın ikinci sezonu ləğv edilib.

“love.az” xəbər verir ki, bu haqda Türkiyə mətbuatı məlumat yayıb.

Buna səbəb serialın artan xərcləri olduğu bildirilir.

Qeyd edək ki, serial son illərin ən mübahisəli istehsallarından biri kimi tarixə düşüb.

Ekran işi Türkiyə Milli Teleradio və Yayım Şurası tərəfindən 2 dəfə cərimələnib.

İki dəfə çəkiliş meydançasında yanğın baş verib.

Sonuncu yanğında istehsalat üzrə menecer, “Taki” ləqəbli Serkan Sükyan vəfat edib.

Bildirilib ki, tüstüdən təsirlənən Sükyan infarktdan ölüb.

Ekran işinin finalı ilə bağlı iddialar səslənsə də, daha sonra ikinci sezonun çəkiləcəyi açıqlanmışdı.

Serialın prodüseri Fatih Aksoy isə bildirib ki, “Bu xərclərlə bir dövr dramı çəkmək mümkün deyil. İkinci sezonu ləğv etmək qərarı aldıq”.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.