Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Qanalı nazirlər helikopter qəzasında öldü
 
						Qanalı nazirlər helikopter qəzasında öldü
Əlavə olunub: 08.06.2025 | 19:04 | Baxılıb: 2037
Qananın müdafiə naziri Edvard Omane Boama və ətraf mühit, elm və texnologiya naziri İbrahim Murtala Məhəmməd helikopterin qəzaya uğraması nəticəsində həlak olub.

“love.az” xəbər verir ki, bu barədə “Ghanaweb” xəbər portalı Qana Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Julius Debraya istinadən məlumat yayıb.

Ölkənin cənubunda Akrofuon şəhəri yaxınlığında helikopter qəzaya uğrayıb. O, yerə çırpıldıqdan sonra alovlanıb.

Baş Qərargah rəisi bildirib ki, iki nazir də daxil olmaqla 4 nəfər həlak olub.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.