Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
“Qarabağ” “Barselona” və “Milan”da oynamış futbolçunu istəyir
 
						“Qarabağ” “Barselona” və “Milan”da oynamış futbolçunu istəyir
Əlavə olunub: 07.17.2025 | 12:56 | Baxılıb: 5063
“Qarabağ” heyətini xorvatiyalı futbolçu ilə gücləndirməyi planlaşdırır.

“love.az” xəbər verir ki, bu barədə “OneFootball” nəşri məlumat yayıb. 

Bildirilib ki, Ağdam təmsilçisi “Barselona”nın sabiq üzvü Alen Haliloviçlə maraqlanır. Hazırda tərəflər arasında danışıqlar gedir. 

A.Haliloviç hazırda müqavilə ilə Niderlandın “Fortuna”(Sittard) klubuna məxsusdur. 

Xorvatiya millisində (2013-2019) 10 oyun keçirmiş Alen “Dinamo”(Zaqreb), “Barselona”, “Sportinq”(Xixon), “Hamburq”, “Las-Palmas”, “Milan”, “Standard”(Liej), “Herenven”, “Birmingem”, “Ridinq”, “Riyeka” klublarında oynayıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.