Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
“Qarabağ” ona illik 560 min avro ödəyəcək
 
						“Qarabağ” ona illik 560 min avro ödəyəcək
Əlavə olunub: 07.19.2025 | 11:37 | Baxılıb: 1738
“Qarabağ” və “Dinamo”(Zaqreb) klubları arasında mərakeşli müdafiəçi Sami Mmaenin gözlənilən transferi ilə bağlı razılaşmanın detalları məlum olub. 

“love.az” “tportal”a istinadan xəbər verir ki, 28 yaşlı stoper icarə əsasında ölkə çempionunun formasını geyinəcək.

Mmaenin “Dinamo”dakı maaşı yüksək (illik 800 min avro) olduğu üçün “Qarabağ”la razılıq əldə edib. 

Belə ki, mərkəz müdafiəçinin illik maaşının 70 faizini (560 min avro) Ağdam təmsilçisi, qalanını isə Zaqreb klubu ödəyəcək. Mmaenin “Dinamo” ilə müqavilə müddəti 2027/28 mövsümünün sonuna kimi hesablanıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.