“love.az” xəbər verir ki, universitetin rektoru Şahin Bayramovun müvafiq Əmri ilə Kamran Telman oğlu Məlikov Qarabağ Universitetinin İqtisadiyyat fakültəsinin dekanı vəzifəsinə təyin olunub.
K.Məlikov 2010-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetində Mühasibat uçotu ixtisası üzrə bakalavriat təhsilini fərqlənmə diplomu ilə bitirib. 2012-ci ildə Böyük Britaniyanın Exeter Universitetində Maliyyə ixtisası üzrə magistratura təhsilini fərqlənmə diplomu ilə başa vurub. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 2012-2016-cı illərdə Böyük Britaniyanın Essex Universitetində Mühasibat uçotu və maliyyə ixtisası üzrə doktorantura təhsili alıb.
Kamran Məlikov Böyük Britaniyada 10 ildən artıq akademik təcrübəyə malikdir. Belə ki, o, 2015-2022-ci illərdə Britaniyanın Essex Universitetində Mühasibat uçotu və maliyyə üzrə müəllim, baş müəllim və dosent vəzifələrində çalışıb.