Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Qardaşına zamin durdu, bank hesablarına həbs qoyuldu
 
						Qardaşına zamin durdu, bank hesablarına həbs qoyuldu
Əlavə olunub: 07.23.2025 | 15:32 | Baxılıb: 2233
Türkiyəli aktyor-müğənni Özcan Dənizin bank hesablarına həbs qoyulub.

“love.az” Türkiyə KİV-nə istinadən xəbər verir ki, buna səbəb ifaçının illər öncə qardaşı Ercan Dənizin götürdüyü bank kreditlərinə zamin durması olub.

Həmin borclar isə ödənilmədiyi üçün müğənni çətin vəziyyətə düşüb. Məlum olub ki, banklar əsas borclu E.Dənizin girov qoyulmuş əmlaklarını müsadirə etməyiblər, əksinə Ö.Dəniz barəsində icra işləri başladıblar.

Müğənninin vəkilləri hesablara qoyulan həbs qərarına etiraz edərək, bunun qanunsuz olduğunu bildiriblər.

Sənətçi isə məsələ ilə bağlı bu açıqlamanı verib: “Bu, Ercan Dənizin ilk xəyanəti deyil. Keçmişimi oğurlayan Ercan və xanımları indi mənim gələcəyimi oğurlamağa çalışırlar. Buna heç vaxt icazə verməyəcəyəm”.

Hazırda aktyorun bütün bank hesablarına həbs qoyulduğu, hətta kredit kartlarından da istifadə edə bilmədiyi deyilir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.