Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 10.02.2025 | 13:28 | Baxılıb: 574
Qazaxıstan və Ermənistan arasında viza rejimi qarşılıqlı ləğv edilir.

“love.az” “Kazinform” agentliyinə istinadən xəbər verir ki, Qazaxıstan Məclisi (parlamentin aşağı palatası) “Qazaxıstan Hökuməti və Ermənistan Hökuməti arasında vətəndaşların gediş-gəlişi və qalma qaydası haqqında Sazişin ratifikasiyası haqqında” qanun layihəsini təsdiq edib.

Qazaxıstan daxili işlər naziri Ercan Sadenov bildirib ki, ölkə vətəndaşları indi polisdə qeydiyyata düşmədən 90 günə qədər Ermənistanda qala biləcəklər. 

Sənəd imzalanması üçün ölkə Prezidenti Kasım-Jomart Tokayevə göndərilib.

Bildirilib ki, Ermənistan sözügedən sazişi 2024-cü il noyabrın 15-də ratifikasiya edib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.