Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 10.31.2025 | 06:40 | Baxılıb: 4317
Heydər Əliyev Sarayının direktoru İlham Qasımov mərhum Əməkdar artist Cabir İmanovla bağlı paylaşım edib.

“love.az” xəbər verir ki, o, paylaşımında dostu ilə bir xatirəsini yada salıb, ölümündən bir müddət əvvəl səsləndirdiyi şeiri izləyicilərlə bölüşüb. 

“Həyatdasan! Videonu çəkdim, göndərdim telefonuna. Özü montaj etdi, musiqi qoydu və üstündən bu şeiri oxudu. Göndərdi mənə ki, bax, necədir? Bölüşmək istəyirəm. Dedim əladır, amma bir az səs tonun aşağıdır, onu qaldırmaq lazımdır. Razılaşdı. Sonradan baş qarışdı, unuduldu və video paylaşılmadı. İstəyini yerinə yetirirəm, əziz dost. Ruhun şad olsun!”, - o qeyd edib.

Xatırladaq ki, Cabir İmanov sentyabrın 29-da paytaxtın Səbail rayonu Üzeyir Hacıbəyli küçəsində yerləşən idman zalında infarkt keçirdikdən sonra vəfat edib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.