Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
“Qərar qəbul etdik ki, o şeytan yuvasını dağıdaq” - Prezident
 
						“Qərar qəbul etdik ki, o şeytan yuvasını dağıdaq” 
							 - Prezident
Əlavə olunub: 07.19.2025 | 17:44 | Baxılıb: 3942
“İşğal dövründə separatçılar burada bir bina tikmişdilər. Onlar onu “parlament” adlandırırdılar”.

“love.az” xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşdə səsləndirib.

“İlk gəlişimizin birində belə düzgün qərar qəbul etdik ki, o şeytan yuvasını dağıdaq. Və onun yerində belə bir gözəl Konqres Mərkəzini inşa etdik” - dövlət başçısı əlavə edib.

Qeyd edək ki, ötən ilin iyulun 5-də Prezident İlham Əliyev Xankəndi Konqres Mərkəzinin təməlini qoyub. Bu ilin iyulun 3-də isə dövlət başçısı Xankəndi Konqres Mərkəzinin açılışında iştirak edib. Bir gün sonra isə burada İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü keçirilib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.