Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Qırğızıstanda zəlzələ oldu, Qazaxıstanda da hiss edildi
 
						Qırğızıstanda zəlzələ oldu, Qazaxıstanda da hiss edildi
Əlavə olunub: 08.05.2025 | 19:33 | Baxılıb: 1484
Qırğızıstanda 5,1 bal gücündə zəlzələ baş verib.

“love.az” xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) saytında məlumat verilib.

Zəlzələnin ocağı Cəlal-Abad rayonunda, Bazar-Korqondan 30 kilometr aralıda yerləşib. Yeraltı təkanlar Bişkeklə yanaşı, Özbəkistan və Qazaxıstanda da hiss olunub.

Qazaxıstanda cənub rayonlarının sakinləri yeraltı təkanları hiss ediblər. Hesablamalara görə, episentrdə intensivlik 2 bala qədər olub.

Daşkənddəki yeraltı təkanlar təxminən 40-50 saniyə davam edib. Çoxmərtəbəli binaların sakinləri yeraltı təkanların hiss olunduğunu, mənzillərində çılçıraqların yırğalandığını bildiriblər.

 

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.