Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 10.16.2025 | 20:43 | Baxılıb: 5886
“Xaricdən gələndən sonra səhər başlamışdı hədə-qorxuya. Bilməzdim ki, belə olar”.

“love.az"in məlumatına görə, bunu Tovuzda əri Səbuhi tərəfindən qətlə yetirilən 29 yaşlı Mətanət Hacızadənin atası Asif Hacızadə deyib:

“Küsülü idilər. Bir-biriləri ilə danışmırdılar. Qız 3 aydır ki, evimdə idi. Ora getmirdi. Uzaq qohumluğumuz var idi. O vaxt qaçırmışdı qızı. Əvvəllər yaxşı idi, pis deyildi. Sonra aranı qarışdırdılar. Kimsə onun başını doldururdu. Bu da deyirdi ki, guya qızım pis yola düşüb. Mənim həyatımı söndürdü”.

Xatırladaq ki, S.Hacızadə 4 ay imiş Monteneqroda işləyirmiş. O dünən Azərbaycana qayıdıb. Bu gün isə əvvəlcə həyat yoldaşını qətlə yetirdiyi haqda video paylaşıb. Bir neçə saat sonra isə onun meyiti rayonun Əyyublu kəndində ağacda asılı halda aşkarlanıb.

Yunis Quliyev

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.