Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 10.20.2025 | 11:42 | Baxılıb: 1201
Qubada evlərdən silsilə oğurluqların edilməsi barədə polisə zərərçəkən şəxslərdən şikayətlər daxil olub.

“love.az” xəbər verir ki, Quba RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində qeyd edilən əməlləri törətməkdə şübhəli bilinən 36 yaşlı Roman Məmmədşahov saxlanılıb.

Araşdırmalarla onun müxtəlif evlərdən 10 min manat, 40 min manat dəyərində qızıl-zinət əşyaları və 7370 dollar oğurladığı müəyyən edilib. R.Məmmədşahovdan oğurluq yolla əldə etdiyi qızıl-zinət əşyalarının bir qismi aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktlarla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə R.Məmmədşahovun barəsində həbs qətimkan tədbiri seçilib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.