Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Qurban Qurbanov “Şelburn”dan danışdı
 
						Qurban Qurbanov “Şelburn”dan danışdı
Əlavə olunub: 07.22.2025 | 22:46 | Baxılıb: 1627
“Yaxşı və istəkli komandaya qarşı oynayacağıq”.

“love.az” xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində İrlandiyada “Şelburn”la keçirəcəkləri ilk oyundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.

O, rəqibin keyfiyyətli komanda olduğunu bildirib: “Şelburn”un özünəməxsus oyun üslubu var. Onlar fiziki cəhətdən güclü futbolçulara sahibdirlər. Həmçinin intizamlı komandadır. Bizdən daha erkən mövsümü açdılar. Rəqibin əsas müsbət tərəflərindən biri də hücuma çıxmasıdır. Standart vəziyyətlərdə daha təhlükəli olurlar”.

Qeyd edək ki, “Tolka Park”da keçiriləcək “Şelburn“ - “Qarabağ” görüşü iyulun 23-ü Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.