Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 10.01.2025 | 09:53 | Baxılıb: 4083
Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) 2020–2023-cü illərdə baş verən qanun pozuntuları ilə bağlı hərtərəfli araşdırma aparılıb.

Bu barədə “love.az"in sualını cavablandırarkən baş prokuror Kamran Əliyev məlumat verib.

Baş prokurorun sözlərinə görə, cinayət işi üzrə bir neçə epizod araşdırılıb:

“Məndə olan məlumata görə, artıq bəzi epizodlarda ibtidai istintaq yekunlaşıb. Cinayət işləri baxılması üçün məhkəməyə göndərilib. Zərurət yaranarsa, əlavə məlumat veriləcək”, - baş prokuror əlavə edib.

Qeyd edək ki, ötən il AMEA-da 2020–2023-cü illərdəki qanun pozuntuları ilə bağlı “xüsusilə külli miqdarda mənimsəmə” faktı üzrə cinayət işi başlanılıb. Həmin illərdə Akademiyanın prezidenti Ramiz Mehdiyev olub.

Sail Ağasəlim

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.