“love.az”xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
“Futbolçumuz Cud Bellinqhem sol çiyninin təkrar çıxması səbəbindən uğurla əməliyyat olunub. Hazırda Bellinqhem məşqlərə qayıtmazdan əvvəl reabilitasiyadan keçir”, - məlumatda bildirilir.
Qeyd edək ki, keçən mövsüm Bellinqhem “Real Madrid”in heyətində bütün turnirlərdə 58 oyun keçirib, 15 qol vurub və 15 məhsuldar ötürmə edib.