“love.az” xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin müşaviri Sergey Ryabkov görüşlə bağlı gözləntilərini açıqlayarkən bildirib:
“Ümid edirik ki, qarşıdan gələn sammit ikitərəfli münasibətlərin normallaşmasını sürətləndirəcək və hava nəqliyyatının bərpası kimi məsələlərin də öz həllini tapacağına ümid edirik. Bununla belə, liderlərin diqqətinin tamamilə fərqli mövzularda olacağı aydındır”.
Ryabkov bildirib ki, ABŞ hakimiyyəti tərəfindən müsadirə edilmiş Rusiya diplomatik əmlakının geri qaytarılması ilə bağlı hələlik heç bir irəliləyiş əldə olunmayıb.