Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
“Reuters”in əməkdaşı Moskvada həbs olundu
 
						“Reuters”in əməkdaşı Moskvada həbs olundu
Əlavə olunub: 04.27.2024 | 23:14 | Baxılıb: 2886
Rusiyanın paytaxtı Moskva şəhərində “Reuters” agentliyinin prodüseri Konstantin Qabov ekstremist icmada iştirak ittihamı ilə həbs edilib.

“love.az” xəbər verir ki, Moskvanın Basmannı rayon məhkəməsi onun barəsində 2 ay müddətinə, yəni 2024-cü il iyunun 27-dək həbs qətimkan tədbiri seçib.

İstintaqa görə, Qabov “Navalny LIVE YouTube” kanalında dərc üçün foto və video materialların hazırlanmasında iştirak edib.

Onun barəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 282.1-ci maddəsinin 2-ci hissəsi ilə cinayət işi açılıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.