Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 04.21.2025 | 11:57 | Baxılıb: 9207
Roma Papası Fransisk vəfat edib.

“love.az” xəbər verir ki, bu barədə məlumatı Vatikan administrasiyasına istinadən “Reuters” yayıb.

Onun bu gün səhər saatlarında öz iqamətgahında öldüyü bildirilib.

Xatırladaq ki, Roma Papası fevralın əvvəlindən yerləşdirildiyi xəstəxanada ikitərəfli pnevmoniyadan və digər infeksiyalardan müalicə alırdı. Müalicə dövründə onun səhhəti bir neçə dəfə pisləşsə də, daha sonradan vəziyyətinin stabil olduğu bildirilmişdi. Bir neçə gün əvvəl isə Fransisk ictimaiyyət arasında görülmüşdü.

Onu da qeyd edək ki, 88 yaşlı Papa 2013-cü ilin martından bu vəzifədə idi.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.