Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Rumıniyanın sabiq prezidenti vəfat etdi
 
						Rumıniyanın sabiq prezidenti vəfat etdi
Əlavə olunub: 08.05.2025 | 19:49 | Baxılıb: 1364
Rumıniyanın sabiq prezidenti İon İliesku 95 yaşında vəfat edib.

“love.az” xəbər verir ki, bu haqda Rumıniya hökuməti açıqlama yayıb.

“Hökumət dərin təəssüf hissi ilə Rumıniyanın keçmiş prezidenti İon İliyeskunun vəfatını elan edir”, - Nazirlər Kabinetinin saytında yerləşdirilən bəyanatda deyilir.

Məlumata görə, sabiq prezident Professor Aqrippa İonesku adına Klinik Təcili Tibbi Yardım Xəstəxanasında vəfat edib.

Qeyd edək ki, o, Nikolay Çauşeskudan sonra 2000–2004-cü illərdə Rumıniya dövlətinə liderlik edib. Onun hakimiyyəti illərində ölkədə ilk dəfə demokratik seçkilər keçirilib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.