Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 04.20.2025 | 23:53 | Baxılıb: 2203
“Rusiya ordusu bu saatadək Vladimir Putinin Pasxa ilə bağlı qəbul etdiyi atəşkəs rejimini 2000 dəfədən çox pozub”.

“love.az” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski teleqram kanalında yazıb:

“Artıq müxtəlif istiqamətlərdə bizim mövqelərimizə 67 hücum olunub, xüsusən Pokrovskoyedə 1355 atəş açılıb.

Əslində, bütün əsas cəbhələrdə Rusiya susmaq vədinə əməl etməyib. Rusiyanın, demək olar ki, bir gün belə, Ukraynanın Pasxa bayramından başlayaraq 30 gün ərzində tam susmaq təklifimizə cavab verməyə vaxtı yox idi”.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.