“love.az” “RBC-Ukrayna”ya istinadən xəbər verir ki,bunu Ukrayna Prezidenti Volodimir Zelenski axşam müraciətində bildirib.
Zelenski deyib ki, bu gün o, Putinin nəyə hazırlaşdığı barədə kəşfiyyat hesabatını eşidib.
“O, qətiyyən atəşkəsə hazırlaşmır. Putin yalnız ABŞ rəhbərliyi ilə görüşü özünün şəxsi qələbəsi kimi təqdim etmək və əvvəlki kimi hərəkətlərini davam etdirmək, Ukraynaya əvvəlki kimi təzyiq göstərmək fikrindədir”, - Zelenski qeyd edib.
Xatırladaq ki, avqustun 15-də ABŞ lideri Donald Trampla Rusiya Prezidenti vladimir Putin arasında görüş keçirilməsi planlaşdırılır.