Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 05.13.2025 | 07:00 | Baxılıb: 8733
Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) Şurası rəsmi olaraq Rusiyanın 2014-cü ildə Ukrayna üzərində MH17 reysi qəzasına görə məsuliyyət daşıdığını elan edib.

“love.az” xəbər verir ki, bu barədə Niderland hökuməti bəyanat yayıb.

Bildirilir ki, Rusiyanın hərəkətləri beynəlxalq mülki aviasiyanın normalarını pozub.

Yaxın həftələrdə ICAO Şurası Rusiyanın zərəri necə ödəməli olduğu məsələsini nəzərdən keçirəcək.

Avstraliya və Niderland  Rusiyaya qarşı şikayəti ICAO-ya 2022-ci ilin martında təqdim ediblər. Belə ki, onların vətəndaşları təyyarə qəzasında ölənlərin çoxunu təşkil edib.

Qeyd edək ki, “Malaysia Airlines”a məxsus “Boeing 777” təyyarəsi 2014-cü ilin iyulunda Ukrayna üzərində vurulub. Nəticədə 298 nəfər ölüb. Bu təyyarə qəzası tarixdə qurbanların sayına görə ən böyük on qəza sırasına daxildir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.