Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Rusiya və Ukrayna arasında növbəti əsir mübadiləsi olub - Fotolar
 
						Rusiya və Ukrayna arasında növbəti əsir mübadiləsi olub 
							 - Fotolar
Əlavə olunub: 08.14.2025 | 17:50 | Baxılıb: 1267
Rusiya və Ukrayna arasında növbəti əsir mübadiləsi baş tutub.

“love.az” xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “X” hesabında paylaşım edib.

Zelenski qeyd edib ki, mübadilə zamanı hər iki tərəfdən 84 əsir dəyişdirilib. Onun sözlərinə görə, həmin şəxslər arasında hərbçilər və mülki şəxslər var.

O, əksəriyyətinin tibbi yardıma və reabilitasiyaya ehtiyacı olduğunu bildirib:

“Azad olunan mülki şəxslər arasında 2014, 2016 və 2017-ci ildən Rusiya tərəfindən saxlanılanlar da var. Sərbəst buraxılan hərbçilər sırasında isə Mariupol müdafiəçiləri də yer alıb”.

Ukrayna lideri əsirlərin qaytarılmasına dəstək olan bütün qurumlara, xüsusilə Birləşmiş Ərəb Əmirliklərinə təşəkkür edib. Bildirilib ki, ön cəbhədəki hərbçilərin şücaəti bu mübadilələrin davamlı olmasına imkan yaradır.

Tezliklə yeni mübadilələrin olacağı vurğulanıb.

Fatimə Şahverdiyeva



Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.