Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Rusiyada 130-a yaxın şəhər yox ola bilər
 
						Rusiyada 130-a yaxın şəhər yox ola bilər
Əlavə olunub: 08.05.2025 | 13:22 | Baxılıb: 3942
Rusiyada 129 kiçik şəhər yox olmaq təhlükəsi ilə üzləşib. 

“love.az” xəbər verir ki, bu barədə məlumatı Rusiya Xalq Təsərrüfatı və Dövlət İdarəçilik Akademiyasının araşdırmasının nəticələrinə istinadən “İzvestiya” qəzeti yayıb. 

Bildirilib ki, ümumilikdə həmin şəhərlərdə 3,4 milyon insan yaşayır. 10 il ərzində isə bu şəhərlərdə sakinlərin sayı 314 min nəfər azalıb. 

Araşdırma müəllifləri qeyd edib ki, şəhərlərin yox olmaları ehtimalına əsas səbəb əhalinin və məşğulluq səviyyəsinin enməsi, kiçik və orta biznes nümayəndələrinin sayının azalmasıdır. 

Həmçinin bildirilib ki, əhalinin ən çox azalması şimalda kömür, metallurgiya və meşə sənayesi ilə məşğul olan şəhərlərdə qeydə alınıb.

Mütəxəssislərin sözlərinə görə, kiçik şəhərlərin “sıxılması” prosesi bir neçə nəsil ərzində baş verə bilər, lakin bəzən bu proseslərin qarşısının alınmasının mümkünlüyü istisna deyil. 

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.